Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
DÜNYA

Rusiya ABŞ-a meyillənən müttəfiqini şantaj etdi

<b>Rusiya ABŞ-a meyillənən müttəfiqini şantaj etdi</b>

Rusiya Pakistanı silahlandıra bilər

Axar.az xəbər verir ki, bunu “Gazeta.ru” saytına açıqlamasında rusiyalı hərbi ekspert Konstantin Makienko söyləyib.
“Sözsüz ki, FGFA proqramının (Hindistanla Rusiyanın ortaq 5-ci nəsil təyyarə hazırlaması – red.) icrasında müəyyən texniki çətinliklər var. Bu heç kim üçün sirr deyil. Lakin məsələ təkcə texniki çətinlikdə deyil. Hindistan bir müddət öncə Fransa ilə 36 ədəd “Rafal” təyyarələrinin alınması ilə bağlı müqavilə imzaladı. 7,98 milyard avro dəyərində olan razılaşmaya əsasən Hindistan hər təyyarəyə 94 milyon avro verməlidir. Hindistan Hərbi Hava Qüvvələrinin büdcəsində silahlanma üçün xərclənəcək illik vəsait 2,5 milyard avro təşkil edir. “Rafal” Hindistan HHQ-nin büdcəsini məhv edib. Buraya həmçinin biz FGFA proqramına ayrılan vəsaiti də aid edə bilərik. Belə olan halda Hindistan 5-ci nəsil təyyarələr əldə etməyə bilər. Bu təyyarələr Çin və Pakistan ordusunda daha tez peyda ola bilər. Əgər Hindistan Rusiya ilə hərbi-texniki əməkdaşlıqdan imtina etsə, Moskva Dehliyə strateji partnyor kimi yox, bölgədəki adi tərəfdaş kimi yanaşmaq haqqına sahibdir. Bu isə Rusiyanın Hindistanın əsas geosiyasi rəqibi olan Pakistanla hərbi-texniki əməkdaşlığı genişləndirməsi mənasına gələcək. İslamabad çoxdan bu əməkdaşlıqda maraqlıdır. Onlar bizim silahların keyfiyyətini Əfqanıstan müharibəsi zamanı görüblər. Yəni Dehli bizim Su-35 qırıcılarını Pakistan ordusunda görməkdən təəccüblənməməlidir”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Qərb mətbuatında Hindistanın Rusiya ilə ortaq yaratmağa çalışdığı 5-ci nəsil Su-57 təyyarələrindən imtina edəcəyi bildirilib. Hindistan tərəfi buna səbəb kimi təyyarələrin radarlardan yayınma sisteminin mükəmməl, mühərrikinin keyfiyyətli olmamasını gəstərib.
Hindistan Rusiyadan ən çox silah alan ölkə hesab edilir. Lakin son günlər Dehli ABŞ-la çox yaxınlaşıb. Hindistan rəsmiləri hətta ABŞ-dan ən müasir F-35 təyyarələrini almaq niyyətlərini də gizlətməyiblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv