Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
HADİSƏ

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Şamaxı bələdiyyələrinin iştirakıyla təlim keçib

<b>“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Şamaxı bələdiyyələrinin iştirakıyla təlim keçib</b>

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi (BFTİB) "Region bələdiyyələrinin fəaliyyətində şəffaflığın artırılması ilə bağlı bilik və bacarıqların inkişaf etdirilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində Şamaxı rayonunda növbəti təlim keçirib

Layihə çərçivəsində təşkilatın əsas fəaliyyəti AR Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nına uyğun olaraq Abşeron, Şamaxı və Masallı rayonlarında kənd və qəsəbə bələdiyyələrinin fəaliyyətində şəffaflıq və hesabatlılığın artırılmasına yardım göstərilməsidir.
Təlimdə Şamaxı rayonunun 29 bələdiyyəsindən-bələdiyyə sədrləri, müavinlər, hüquqşunas və qulluqçularından ibarət 27 nəfər, o cümlədən Şamaxı RİH-in təmsilçiləri iştirak edib.
Təlimdə layihənin rəhbəri Könül Quliyeva açaraq "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi olaraq layihənin donoru, məqsəd və vəzifələri haqqında məlumat verib. Ölkəmizdə bələdiyyələrdə aparılan şəffaflıq prinsiplərindən danışıb.
Layihə rəhbəri qeyd edib ki, fəaliyyət göstərdiyi müddətdə təşkilat Milli Məclisin Regional Məsələlər Komitəsiylə, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəziylə, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyasıyla sıx əməkdaşlıq əlaqələri qurulub.
Təlimdə BFTİB-nın ekspertləri Zaur İbrahimli və Mirəli Hüseynovun "Bələdiyyələrin şəffaflıq və hesabatlılıq məsələləri, qanunvericilik, mövcud standartlar” və "Eik davaranış qaydaları” mövzularında təqdimat ediblər.
Ekspert Zaur İbrahimli çıxışında Azərbaycan bələdiyyələrinin qarşılaşdığı problemlərin aradan qaldırılmasından, habelə vergi və ödənişlərin uçotunun aparılmasından, şəffaflığın təmin olunmasında Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən istifadəyə verilən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramının xüsusi əhəmiyyəti kəsb etdiyini qeyd edib. Ekspertin sözlərinə görə, 2016-cı ilin oktyabrından istifadəyə verilən proqramın bir sıra bələdiyyələr tərəfindən istifadəsində müəyyən çətinliklər olsa da, nəticə etibariylə az müddətdən sonra yerli özünidarəetmə orqanları onun bəhrəsini görəcək və fəaliyyətlərində hiss edəcəklər.
Bələdiyyə idarəetməsində etik davranış qaydalarının tətbiqi yerli özünüidarəetmədə yaxşı idarəetmənin təşkili istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri kimi nəzərdən keçirilir. Yerli özünüidarəetmədə qanunçuluğun təmin edilməsində, vətəndaşların bələdiyyələrə etimadının artırılmasında, bələdiyyələrin fəaliyyətində səmərələliliyin və şəffaflığın gücləndirilməsində, maraqlar toqquşmasının qarşısının alınmasında etik davranış qaydaları institutu müstəsna əhəmiyyətə malikdir.
Bu institut bələdiyyə rəsmilərini hüquq və vəzifələrinin dürüst şəkildə həyata keçirməyə, özlərini vətəndaşlar qarşısında daha hesabatlı və məsuliyyətli olmağa, peşəkar davranışlara sövq etməyə və bələdiyyə idarəetməsinin səmərələliyinin artmasına müsbət təsir göstərir.
Dövlət idarəeməsində oduğu kimi bələdiyyə idarəetməsində də etik davranış qaydalarının tətbiqinin genişləndirilməsi istiqamətində son illər nəzərəçarpacaq fəallıq müşahidə edilməkdədir. Etik davranış qaydalarının normativ-hüquqi bazasının yaradılması və tətbiqi istiqamətində müsbət qiymətləndiriləcək çoxsaylı tədbirlər həyata keçirilmişdir. Təsadüfi deyil ki, əhəmiyyəti nəzərə alınaraq bu məsələ “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na (MFP) da əsas prioritet istiqamətlərdən biri kimi daxil edilmişdir.
Ekpertlərin təqdimatı iştirakçıların marağına səbəb olub. Təlim prosesində iştirakçılara mövzuya uyğun materiallar və bukletlər paylanılıb.
BFTİB-in layihə çərçivəsində növbəti təlimi Masallı oktybarın 27 keçiriləcəkdir.
Xatırladaq ki, "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi 2010-cu ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınıb. 2011-ci ildən başlayaraq Azərabycan bələdiyyə sisteminin inkişafı və qarşılaşdığı problemlərin həlliylə bağlı bir sıra ciddi layihələrə imza atıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv