Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
HADİSƏ

Prokurorluq və DİN bu maşınlarını satır

<b>Prokurorluq və DİN bu maşınlarını satır</b>

Əmlak Məsələləri Dövlət Komitəsi bu dəfə müxtəlif dövlət qurumlarının balansında olan avtomobillərin satışı üçün hərrac təşkil edəcək

28 noyabr tarixində baş tutuacaq növbəti hərracda dövlət qurumlarının balansında olan avtomobillər satılacaq. Onlardan biri də Xaçmaz rayon İcra Hakimiyyətidir ki, balansındakı “Mitsubişi Pajero” avtomobilini 10.000 manata hərraca çıxarıb.
Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzi də hərraca 3 müxtəlif avtomobil təqdim edib. “QAZ-270500”, “Opel Omeqa” və “Doğan-S” markalı avtomobillər AMEA-nın balansında olub.
Baş Prokurorluq və Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı da balansında olan avtomobilləri satmaq istəyən qurumlardır. Baş Prokurorluq “Nissan Maksima” markalı avtomobili hərraca 3330 manata təqdim edib. DİN isə 2007-ci ilin “FİAT Doblo” avtomobilini hərracda 3500 manata satacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv