Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
İQTİSADİYYAT

Lirə sürətlə ucuzlaşır: Azərbaycan da itirir… – Ekspert

<b>Lirə sürətlə ucuzlaşır: Azərbaycan da itirir… – Ekspert</b>

Rəsmi Ankaranın bir sıra Qərb ölkələri, xüsusən də ABŞ və Almaniya ilə münasibətlərinin pisləşməsi türk lirəsinin dəyərsizləşməsi prosesini sürətləndirib

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov qeyd edib. Ekspert bildirib ki, son 1 ildə dollara nisbətən 22 faiz ucuzlaşan lirə təkcə oktyabrda 7 faizə yaxın dəyər itirib:
“İndi 1 dollar almaq üçün təxminən 3,8 lirə ödəmək lazımdır. Türkiyə Azərbaycan üçün yalnız stratreji deyil, həmçinin iqtisadi tərəfdaş olduğundan lirənin məzənnəsi bizim üçün də, dolayı olsa belə, vacibdir. Belə ki, bu ilin 9 ayında 1,07 milyard dollarlıq qeyri-neft ixracatımızın 223 milyon dolları Türkiyənin payına düşür. Türkiyə qeyri-neft ixracatımızda 336 milyon dollar paya malik olan Rusiyadan sonra ikincidir. Azərbaycan Türkiyə arasında illik ticarət dövriyyəsi isə 2 milyard 315 milyon dollardır. Bu ümumi ticarət dövriyyəmizin 13 faizindən çoxu deməkdir. Rəqəmlər göstərir ki, Türkiyə Azərbaycan üçün vacib tərəfdaşlardan biridir və bu baxımdan, lirənin ucuzlaşması bizim üçün də arzuolunan deyil”.
İqtisadçının sözlərinə görə, ucuzlaşan lirə Azərbaycanın Türkiyəyə qeyri-neft ixracatına mənfi təsir göstərə bilər:
“Çünki Azərbaycan məhsulları Türkiyə bazarında lirə ifadəsində bahalaşır ki, bu da qeyri-neft məhsullarımızın qardaş ölkədə rəqabət imkanlarını məhdudlaşdıra bilər. Digər tərəfdən, lirənin ucuzlaşması Türkiyədən idxalı stimullaşdırır ki, bu da ticarət dövriyyəmizdəki saldo üçün əlverişli deyil”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv