Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
MƏDƏNİYYƏT

Rafiq Hüseynov vəfat etdi

<b>Rafiq Hüseynov vəfat etdi</b>

Xalq artisti Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib

Bu barədə APA-ya açıqlamasında xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.
O bildirib ki, R. Hüseynov müalicə aldığı Düsseldorf şəhərindəki klinikada vəfat edib: “Həkimlər əllərini gələni etdilər, amma həyata qayıtması mümkün olmadı. Oktyabrın 26-da dünyasını dəyişdi. Mən dövlət qurumlarından xahiş etdim ki, heç kimə deməsinlər. Çünki qızım bu xəbəri mətbuatdan oxusaydı, ona çətin olacaqdı. İlk sizə deyirəm, indi yaya bilərsiniz. Artıq qızımı psixoloji cəhətdən hazırlamışam. Heç nə danışa bilmədim Rafiqlə. Səsimi eşidirdi, gözünü açırdı, amma danışa bilmirdi. Komaya düşən kimi ürəyi dayandı. Həkimlər dedilər ki, ağ ciyərin funksiyasını bərpa etmək mümkün olmadı”.
S.Hüseynova əlavə edib ki, R. Hüseynovun cənazəsi iki günə Bakıya gətiriləcək: “Almaniyadakı konsulluğumuz bu işlə məşğuldur. Hər şey dövlət tərəfindən yüksək səviyyədə təşkil olunacaq”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv