Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
TÜRK DÜNYASI

Vaşinqton Ankaranı azərbaycanlı ilə vurmaq istəyir

<b>Vaşinqton Ankaranı azərbaycanlı ilə vurmaq istəyir</b>

Türkiyə hökuməti Fətullah Güləni ABŞ-dan geri istəmir

Bunu “Sözcü” qəzetinə açıqlamasında Türkiyənin Cümhuriyyət Xalq Partiyasından olan deputatı Aytuğ Atıcı söyləyib.
“Bu ölkənin prezidenti çıxıb Amerikaya dedi ki, sənin əlində də bir keşiş var, mənim əlimdə də. Ver keşişi, al keşişi! Bu nə deməkdir? Bu, Fətullah deyilən o adamı istəmirəm deməkdir. Dolayısı yolla Ədalət və İnkişaf Partiyası Fətullah Gülənin ekstradisiyasını istəmir. Çünki Fətullah Gülən Türkiyəyə gəlsə, məhkəməyə çıxarılacaq və burada nə deyəcəyini bütün dünya eşidəcək. Böyük ehtimalla Gülənə burada ən ağır cəza veriləcək, amma zamanla söylədiklərində reallıq olduğu ortaya çıxanda hökumət həyəcana düşəcək. Tarix bunları yazacaq. Amerikanın əsas dərdi məsələni “keşiş”lə başladıb, Rza Zərraba gətirməkdir. Çünki bu iqtidarın da ən çox qorxduğu məsələ məhz Rza Zərrabın həbsi və İran embarqosunun yox edilməsiydi. Kim İrana qarşı embarqonu dəldi? Üzdə görünən Rza Zərrabdır. Yaxşı bəs Zərrab bu dəliyi haradan açdı? Təbii ki, Türkiyədən. Ona kim kömək etdi? İddialara görə, Xalq Bankının müdirinin müavini. O da indi həbs edilib. Bəs bu embarqonun dəlinməsində hökumətin heç xəbəri yox idimi?”, – deyə o bildirib
Qeyd edək ki, Atıcı Türkiyə fövqəladə vəziyyət elan edilməsinə etiraz edən əsas siyasətçilərdən biridir. O, hökumətin qərarına etiraz olaraq 20 iyul 2016-cı ildən bu yana saqqalını kəsmir. Atıcı saqqalını fövqəladə vəziyyətin ləğv olunacağı gün qırxacağını bildirir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv