Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
İQTİSADİYYAT

Erməni iqtisadçı: Borcumuz 7 milyarda çatacaq

<b>Erməni iqtisadçı: Borcumuz 7 milyarda çatacaq</b>

Ermənistanın 2018-ci il dövlət büdcəsi optimizmə əsas vermir

Axar.az xəbər verir ki, bunu “Panorama” saytına müsahibəsində erməni iqtisadçı Mesrop Arakelyan söyləyib. Onun sözlərinə görə, bu cür büdcə ilə ölkədə gələn il də təqaüd və maaşlar artmayacaq:
“Ölkənin borcu 7 milyard dollara çatacaq. Bu isə çox ciddi rəqəmdir”.
Qeyd edək ki, iyun ayında Ermənistan Milli Statistika Komitəsi ölkənin borcunun 6,95 milyard dollara çatdığı haqqında informasiya yaymışdı. Dövlət borcunun 4,373 milyard dollarlıq hissəsi xarici borcun payına düşür. Ölkənin Mərkəzi Bankının borcu 550,9 milyon dollar olub. Dövlət borcunun ümumilikdə hökumətin payına düşən hissəsi 5,544 milyard dollar təşkil edib.
Ermənistanın daxili borcu may ayında 1,170 milyard dollar olub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv