Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
HADİSƏ

Ziya Məmmədovun mülkünü iş adamı özəlləşdirdi

<b>Ziya Məmmədovun mülkünü iş adamı özəlləşdirdi</b>

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun Göyçaydakı möhtəşəm villası artıq Rusiyada yaşayan azərbaycanlı iş adamının əmlakı sayılır

Musavat.com xəbər verir ki, Z.Məmmədovun Göyçayda yerləşən 20 hektarlıq mülkü 4,5 milyon manata qiymətləndirilib.
Hazırda sözügedən mülkün giriş qapısına yerləşdirilən lövhədə onun “AZNAR Qapalı Səhmdar Cəmiyyətinə məxsus Nar Bağı” olduğu qeyd edilib. Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədova məxsus şirkətin adıçəkilən müəssisəni öz balansına keçirmək üçün 4,5 milyon manat pul ödədiyi bildirilir. Məlumata görə, Göyçaydakı həmin mülk bir müddət öncə dövlət tərəfindən hərraca çıxarılıb və azərbaycanlı iş adamı hərracda qalib gələrək mülkü özəlləşdirib.
Hazırda sözügedən müəssisədə nar bağları salınıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv