Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
İQTİSADİYYAT

İranın bu planı Bakı üçün çox faydalıdır - İqtisadçı

<b>İranın bu planı Bakı üçün çox faydalıdır - İqtisadçı</b>

İranın kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün Azərbaycanda torpaq sahələri icarəyə götürməsi bizim üçün çox faydalıdır

Bu sözləri İranın İqtisadiyyat və Maliyyə naziri Məsud Karbasianın Azərbaycanda torpaq icarəyə götürmək planını Axar.az-a şərh edən iqtisadçı Rəşad Həsənov deyib. O bildirib ki, bu, bizim üçün yaxşı təcrübədir:
“Regionlarda azad fəaliyyət göstərən sahibkarlarla müzakirələrimizdən aydın oldu ki, bu vaxta qədər belə bir təcrübə var idi. Yəni iranlılar gəlib fərdi şəkildə Azərbaycandan torpaqları icarəyə götürüb, kənd təsərrüfatı ilə məşğul olurdular. İranlılar yerli sahibkarlara nisbətən əksər hallarda 3 dəfə, hətta bəzən 4 dəfə artıq məhsuldarlıq əldə edirlər. Çünki onların bu sferada əlavə investisiya qoymaq imkanları var. Onlar əlavə investisiya, müasir texnologiyaların tətbiqi və digər yollarla məhsuldarlığı daha da artırırlar. Düşünürəm ki, İran mənşəlli investisiyanın aqrar sferaya axması kənd təsərrüfatında intesiv inkişafı dəstəkləməklə yanaşı, həm də təcrübənin gəlməsi, eyni zamanda, sonradan yerli sahibkarların bu imkanlardan və informasiyalardan istifadə etməsi üçün şəraitin yaranmasına gətirib çıxaracaq”.
Qeyd edək ki, İranın İqtisadiyyat və Maliyyə naziri Məsud Karbasian İran kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün Azərbaycanda torpaq sahələri icarəyə götürmək niyyətində olduqlarını bildirərək, İranın Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv