Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
HADİSƏ

Daşkəsən meşəsindəki yanğın söndürüldü

<b>Daşkəsən meşəsindəki yanğın söndürüldü</b>

Dünən axşam saatlarında Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində baş vermiş yanğın səhər saat 8 radələrində tam söndürülüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yanğın yüksək dağlıq sahəni əhatə etdiyindən və güclü külək əsdiyindən onu söndürmək çətinləşib.
Bunlara baxmayaraq, ETSN və Fövqəladə Hallar nazirliklərinin nümayəndələrinin və yerli əhalinin ciddi səyləri nəticəsində yanğının söndürülməsinə nail olunub.
Qeyd edək ki, yanğın zamanı ərazidə quru ot örtüyü və xəzəl yanıb, ağaclara ziyan dəyməyib. Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv