Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
MƏDƏNİYYƏT

Məşhurlar Fədayə Laçından nələr yazdı?!

<b>Məşhurlar Fədayə Laçından nələr yazdı?!</b>

Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının (Məmmədova Fədayə Baris qızı) həbs olunmasından sonra bəzi məşhurlar sosial şəbəkələrdə müğənniyə dəstək olublar

Kult.az xəbər verir ki, onun keçmiş duet ortağı, müğənni Tacir Şahmalıoğlu Fədayə Laçın haqda mənfi fikir demədiyini yazıb:
“Mən Fədayə xanımın barəsində mənfi rəy bildirməmişəm. Saytlar haqqımda yanlış informasiyalar yayıblar. Bir eloğlu kimi, Fədayə xanımın həbs olunmağına üzülənlərdən biri də mənəm. Allah yardımçısı olsun”.
Prodüser Tarix Əliyev (Tolik) isə çox məyus olduğunu bildirib:
“Ötən həftə sənətindən və müğənni Tacir Şahmalıoğlu ilə münasibətindən danışdım. Bu gün isə belə bir xəbər eşitdim. Heç kim həyatın ona yazdığından sığortalanmayıb. Amma nə demək olar, bəlkə sevgi, qorxu, bəlkə də çarəsizlik Fədayəni gətirib bu yerə çıxarıb. Qanun qarşısında hamımızın boynu qıldan incədir. Kimisə qınamaq, kiməsə rişxənd etmək məsələsində o qədər dilimiz uzun və açıqsözlüyük ki! Allah özü kömək olsun. Ən çox da bilirsiniz nəyə pis oldum?! Sevgiyə görə özünü oda atanı, elə sevgilisi atıb qaçdı. O, hələ ki, azadlıqdadır, amma Fədayə zindandadır. Ən çox Fədayənin oğluna acıyıram. O cür savadlı, tərbiyəli övlad indi insanların qarşısına necə çıxacaq?!”
Müğənni Murad Arif onun həbsinə sevinənləri qınayıb:
“Fədayə Laçın çox qiymətli səsə malik biridir. Tamaşaçını gözəl ifasının fövqündə onun heç nəyi maraqlandırmamalıdır. Yerdə qalan məqamları hüquq keşikçilərinin öhdəsinə buraxın. Hər eşitdiyinizi bir az da bəzəyib, istehza yarışına çıxartmaq lazım deyil. Ümumiyyətlə, niyə sevinirsiniz ki?!”
Müğənni Lalə Məmmədova Fədayə Laçının sevgisinin qurbanı olduğunu yazıb:
“Ehhh... Mənim təmiz qəlbli, saf Fədayəm, necə pis olduğumu bir bilsəydin... Bəlkə də çıxan xəbərlərə yazılan şərhlər olmasaydı, heç yazmazdım. Əzizlərim, heç vaxt heç kəsi qınamayın. Sabah başımıza gələcək hansısa bəladan, səhv addımdan heç birimiz sığortalanmamışıq. İllərdir eyni sənətdə olsaq da, yalnız son 2 ildə dostlaşmışıq. Əvəllər onun yalnız ifasını bəyənirdimsə, tanıdıqca onun uşaq kimi saflığına, dürüstlüyünə heyran oldum. Fədayə illərdir jurnalistlərin həyatı ilə bağlı verdiyi suallara yanlışları və doğruları ilə mərdi-mərdanə, səmimi cavab verib. Sonradan buna görə qınaq obyektinə də çevrilib. Fədayə haqqında yazılan xəbərlərlə bağlı bircə bunu deyəcəyəm: Fədayə saf sevgisinin qurbanı oldu. Bildiyim başqa bir şey yoxdur. Onun bacısının, anasının vəziyyətini çox yaxşı başa düşürəm. Allah səbir versin. Əzizim Fədayə, dualarımız səninlədir. İnanıram ki, bu qorxulu yuxu bitəcək və sən tezliklə yenidən aramızda olacaqsan. Səni çox sevirəm”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv