Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SİYASƏT

Xəzəryanı dövlət başçıları bu tarixdə görüşə bilər

<b>Xəzəryanı dövlət başçıları bu tarixdə görüşə bilər</b>

Xəzəryanı dövlət başçılarının Astanada keçirilən sammiti 2018-ci ilin əvvəlində, yaza yaxın tarixdə baş tuta bilər

Bunu “Rossiya 24” televiziyasına müsahibəsində Rusiya Xarici İşlər naziri müavininin katibi Qriqori Karasin söyləyib. O, dekabrda Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran və Rusiya xarici işlər nazirlərinin sammitə hazırlıq məqsədi ilə Moskvada görüşünün keçirilməsinin nəzərdə tutulduğunu bildirib:
“Xəzər dənizi böyük beynəlxalq problemlərə qeyri-müəyyən fərqli yanaşma fonunda qarşılıqlı fəaliyyət nümunəsi olmalıdır. Bu imkan verəcək ki, bütün beşlik regiondan kənarda olan hansısa oyunçunun yardımını və ya hansısa beynəxalq situasiyanın inkişafını gözləsin. Bu imkan verəcək ki, müstəqil hərəkət edib, regional qarşılıqlı fəaliyyətə nümunə olaq”.
Qeyd edək ki, Xəzəryanı ölkə başçılarının ilk sammiti 2002-ci ildə Aşqabadda, ikinci sammiti 2007-ci ildə Tehranda, üçüncüsü 2010-cu ildə Bakıda, dördüncüsü isə 2014-cü ildə Həştərxanda baş tutub.
Xəzərin statusu 1991-ci ildən bu yana razılaşdırıla bilmir. Rusiya, Azərbaycan və Qazaxıstan Xəzərin sektorlara, İran və Türkmənistan isə bərabər hissəyə bölünməsini istəyir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv