Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
HADİSƏ

Azərbaycanlılar BMT önünə toplaşır - Etiraz

<b>Azərbaycanlılar BMT önünə toplaşır - Etiraz</b>

Azərbaycanlı fəallar İranın Güney Azərbaycana qarşı ayrı-seçkilik siyasətinə etiraz olaraq Cenevrədə Birləşmiş Millətlər Təşkilatının (BMT) binası qarşısında aksiya keçirəcəklər.
Aksiya milli azlıqlara mənsub gənclərin inkişafına zəmin yaratmaq və onlara təlim keçmək mövzusunda BMT-dəki milli azlıqlar forumu zamanı baş tutacaq.
Aksiyada Urmu gölünün qurumasına, ana dilində təhsillə bağlı Konstitusiya maddələrinin icra edilməməsinə, azərbaycanlı mədəni fəallara təzyiq edilməsinə və bu kimi səbəblərə görə İran rejiminə etiraz ediləcək.
Qeyd edək ki, fəallar aksiyanın keçirilməsi üçün İsveçrə hökumətindən rəsmi icazə də alıblar. Aksiya dekabrın 1-i saat 13:00-dan 14:30-dək Cenevrədəki BMT binası önündə olacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv