Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
SİYASƏT

“Özəlləşdirmə mexanizmi sadələşdirilməlidir”

<font color=red><b>“Özəlləşdirmə mexanizmi sadələşdirilməlidir”</b></font>

Qüdrət Həsənquliyev: “Radikal yanaşma olmasa ciddi və sürətli dəyişikiliklərə nail olmaq mümkün deyil”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Prtiyasının (BAXCP) sdəri millət vəkili, Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxış edib.
O, əvvəlcə deputat həmkarlarını və bütün Azərbaycan xalqını Bakı-Tbilisi-Qars dəmiryolunun işə düşməsi münasibəti ilə bağlı təbrik edib: “Hər kəsi, deputat həmkarlarını və bütün Azərbaycan xalqını qardaş Türkiyə Respublikasınını prezidentinin qürur günü adlandırdığı tarixi hadisə ilə bağlı - Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə bağlı təbrik edirəm və xeyirli uğurlu olsun deyirəm”.
Millət vəkili daha sonra Əmək Məcəlləsinə dəyişikliklərlə bağlı fikirlərini bölüşüb: “Əmək Məcəlləsinin 65-ci maddəsində edilən dəyişikliklə bağlı fikrimi bildirmək istəyirəm. İsa müəllim (İsa Həbibbəyli – red.) çox sağ olsun, bütün qanunlara müvafiq olaraq bu dəyişiklikləri təqdim edib. Amma xatırlıyırsınızsa, biz dövlət qulluğu haqqında qanuna attestasiyanın ləğvi ilə bağlı dəyişiklik etdik və orada qeyd etdik ki, onlar 5 ildən bir imtahan verib yeni setifikatlar alacaqlar. Azərbaycan Konstitusiyasına görə qanun qarşısında hamı bərabərdir. İndi elmi işçilər də 5 ildən bir attestasiyadan keçəcəklər. Amma indiki dəyişiklikdən belə anlaşılır ki, digər işçilər 3 ildə 1 dəfə attestasiyadan keçməlidirlər. Niyə belə olmalıdır? Hesab edirəm ki, bu doğru deyil. Əgər dövlət qulluğunda olanlar, həmçinin elmi işçilər də 5 ildən bir imtahan verirlərsə, köhnə qayda ilə attestasyadan keçirlərsə, digərləri üçün də eyni qayda bu müəyyən olunmalıdır. Bu ayrı-seçkiliyə son qoyulmalıdır. Əgər biz 65-ci maddəni dəyişiriksə, o zaman 5 ildən bir imtahan verilməsi qaydası hamıya münasibətdə tətbiq olunmalıdır. Mülkiyyət formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlarda çalışanlar 5 ildən bir imtahan verməli, attestasiya da 5 ildən bir keçirilməlidir. Yoxsa elmi işçilərin 5 il, digərlərinin isə 1, yaxud 3 ildən sonra attestasiyadan keçməsi doğru deyil. Burada digər işçilər üçün aşağı hədd 1, yuxarı hədd isə 3 il nəzərdə tutulub. Belə çıxır ki, hər idarə, müəssisə və təşkilat rəhbəri müəyyən adamlardan canını qurtarmaq üçün hər 3 ildən bir attestasiya keçirə bilər. Ona görə də 65-ci maddə ilə bağlı bu təklifləri verirəm”.

“Dövlət sosialist təsərrüfat sistemi özünü doğrultmadı.”

Millət vəkili həmçinin “Dövlət Əmlakının Özəlləşdirilməsi haqqında” Qanuna eilən dəyişikliklərə də toxunub: “Bir də dövlət əmlakının özəlləşdirilməsi haqqında qanuna 6-2.20-ci maddə əlavə edirik ki, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri özəlləşdirilə bilməz. Elmi tədqiqatlar dünyanın hər yerində həm də universitetlərdə aparılır. Axı biz universitetləri özəlləşdirə bilərik və əslində bu lazımdır. Mən dəfələrlə bu barədə məsələ qaldırmışam. Biz kapitalist cəmiyyətinə keçmişik. Azərbaycanda bazar münasibətləri var. İndi hazırda dövlətə məxsus olan səhiyyə obyektləri, universitetlər mövcuddur. Bunları özəlləşdirmək lazımdır. İkincisi, “Dövlət Əmlakının Özəlləşdirilməsi haqqında” Qanuna da baxmaq lazımdır. Bu gün oxudum ki, Əmlak Komitəsi 150-yə qədər dövlət obyektlərini özəlləşdirməyə çıxarıb. Amma hərracdan sonra görürük ki, onların cüzi hissəsi satılır. Qiymətlər çox yuxarı qoyulur. 5 dəfə hərrac keçiriləndən sonra obyektərin qiymətinin 50 faiz azaldılmasına icazə verilir. Düşünürəm ki, biz bu məsələyə baxmalıyıq, əgər əmlak birinci hərracda satılmadısa, növbəti hərracda qiymətin kifayət qədər aşağı salınmasınma ehtiyac var ki, özəlləşdirmə həyata keçirilsin. Biz iqtisadiyyata təkan vermək istəyiriksə bu addımlar atılmalıdır. Kimsəyə sirr deyil ki, dövlət sosialist təsərrüfat sistemi özünü doğrultmadı. Yəni dövlət mülkiyyətində olan əmlakın idarə olunması effektli olmadı. Ona görə də özəlləşdirməyə getmək lazımdır. Onun üçün də özəlləşdirmə mexanizmi sadələşdirilməlidir. Xarici dövlətlərdə bəzən dəyəri 100 milyonlarla olan müəssisə simvolik olaraq bir dollara özəlləşdirilir. Təki sən investisiya qoy, müəssisənin işini yenidən qur, amma onun təyinatını dəyişmə, iş yerləri aç və.s. Hətta dövlət sahibkara əlavə olaraq müəssisənin işinin yenidən qurulması üçün kredit də verir. Yəni bu cür radikal yanaşma olmasa ciddi və sürətli dəyişikiliklərə nail olmaq mümkün deyil. Dövlət əmlakının təsnifatınln yer aldığı 6-cı maddədə özəlləşdirilməyə çıxarılması qadağan olunan müəssisələrin siyahısı var. O siyahını maksumum daraltmaq lazımdır. Hesab edirəm ki, gələcəkdə elm, təhsil müəssisələri özəlləşdirməyə çıxarıla bilər. Ona görə də 6.2.20-ci maddənin qanuna salınmasının əleyhinəyəm”.

“Dəyişiklik cinayət məcəlləsi ilə ziddiyyət təşkil edir”

Millət vəkili “Hesablama Palatası Haqqında” Qanuna edilən dəyişikliklərdıən danışarkən “düşünürəm ki, bu dəyişikliyi biz edə bilmərik”,- deyə vurğulayıb: “Birincisi bu dəyişiklik cinayət məcəlləsi ilə ziddiyyət təşkil edir. Cinayət Məcəlləsinin 307-ci maddəsi cinayəti bilib xəbər verməmə adlanır. Bizim də qanunlara görə, əgər hər hansı bir şəxs cinayəti bilib, cinayət tərkibini həyata keçirib, buna hüquqi qiymət verən orqana məlumat vermirsə, o özü cinayət məsuliyyətinə cəlb olunur. Amma indi biz bu dəyişikliyi etməklə Hesablama Palatasına səlahiyyət veririk ki, o cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə bu barədə müvafiq orqana məlumat verir və ya Respublika Baş Prokuroluğuna göndərir. Burada artıq Hesablama Palatasına seçim səlahiyyəti verilir və nəticədə palata hüquqpozmalar barədə məlumatları prokurorluğa göndərməyə bilər, müvafiq orqana göndərər. Nəzərə almaq lazımdır ki, əgər hüquqpozmalar cinayət xarakterlidirsə, onsuz da müvafiq orqan bu barədə məlumatları yenə də Baş Prokurorluğa göndərəcək. Bu zaman isə qiymətləndirməni Hesablama Palatası yox, müvafiq orqan müəyyənləşdirəcək ki, baç verən hüquq pozuntusu cinayət xarakterlidir, yoxsa yox. Əksər hallarda hansısa qurumun rəhbərliyinin məlumatı olmadan korrupsiya əlamətləri olan cinayətlər çox az baş verir. İndi rəhbərliyə məlumat verəcəklər ki, sənin sahəndə yoxlama apardıq və burada cinayət xarakterli əlamətlər var? Deyəcəklər ki, indi özün bax, istəyirsən prokurorluiğa göndər, istəyirsən göndərmə. Hesab edirəm ki, bu dəyişiklik korrupsiyaya qarşı mübarizənin effektivliyini aşağı salacaq. Biz burada Hesablama Palatasını məsuliyyətdən azad edirik və sui-istifadə hallarının yaranmasına, qanunun pozulmasına şərait yaratmış oluruq. Bir daha söyləyirəm ki, qanunlar Cinayət Məcəlləsi ilə ziddiyyət təşkil etdikdə bizim qanunvericilik sisteminə görə, Cinayət Məcəlləsi üstün hüquqi qüvvəyə malikdir. Bu baxımdan, hesab edirəm ki, bu təklifi qəbul etmək olmaz.
Hörmətli Ziyad Səmədzadə dəyişikliyi büdcə sistemi haqqında qanunla əlaqələndirdi. Büdcə sistemi haqqında qanunla bu dəyişikliyin nə əlaqəsi var? Mümkünsə Ziyad Səmədzadə bu əlaqələndirməyə aydınlıq gətirilsin. Prezidentin sərəncamında nə yazılmışdı? Yazılmışdı ki, cinayət olanda prokurorluğa məlumat vermə? Yəni bu dəyişikliyin normal izahı verilməlidir ki, biz bunu niyə edirik? Niyə bəzi cinayət törədən şəxslərin cinayət məsuliyyətindən azad olunması, məsuliyyətdən kənarda qalmasına şərait yaradırıq? Düşünürəm ki, buna yol vermək olmaz. Cinayət törədən şəxslərlə bağlı prokurorluğa məlumat verilməli və onlar da cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
Bir daha bu məsələnin üzərinə qayıdıram. Burada açıq qeyd olunur ki, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə döblət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istfadə edilməsinə nəzarəti həyata keçirilməsi zaman inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə təxirəsalınmadan materiallar müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanlarına və ya Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilir. Burada “ya” çıxarılmalı və “və Azərbaycan Respublikasının Baş Prokurorluğuna”, - deyə qeyd olunmalıdır”.

“Müavinlik titul deyil”

“Dövlət Qulluğu Haqqında” Qanuna edilən dəyişikliklərlə bağlı da fikirlərini bölüşən millət vəkili deyib ki, bu prezidentin səlahiyyətinə aid olan məsələdir: “Düşünürəm ki, dövlət idarəetməsində islahatlar həyata keçirilərkən müəyyən məsələlər mütləq nəzərə alınmalıdır. Əvvəla burada Prezident Administrasiyasının rəhbərinin müavini vəzifəsi ləğv olunur. Bu kifayət qədər yüksək vəzifədir. Kifayət qədər geniş səlahiyyətlərə malik olan bir şəxsin müavinləri vəzifəsi ləğv olunur. Amma tutaq ki, administrasiyaya daxil olan birinci vitse prezidentin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin müavini, bölmə rəhbərlərinin müavinləri vəzifəsi qalır. Müavinlik titul deyil ki, kiməsə elə belə verilsin. Yəni müavinlik ona görədir ki, vəzifəli şəxsin vəzifələrinin həyata keçirilməsində ona yardımçı olsun. Onun işinin bir hissəsini öz üzərinə götürsün, müəyyən işlərini aparsın. Məsələn, adi bir nazirin bəzən görürüsən ki, 5 müavini var. Elə administrasiya rəhbərinə tabe olan şəxslərin, bölmə struktur rəhbərlərinin də müavinləri var. Doğrusu, burada sadəcə məntiq görmürəm və hesab edirəm ki bu məsələlərlə bağlı izahat verilməlidir. Səbəb nədir? Administrasiyanın işi azdır, yaxud sözügedən post daha az səlahiyətlidir?

“Nizam-intizam yaratmağa ehtiyac var”

Digər bir məsələ ilə bağlı də cəmiyyətə izahat verilməldiir. Məsələn dövlət qulluğu haqqında qanunda siyasi və inzibati vəzifələr var. Məsələn Prezidentin köməkçiləri institutu siyasi vəzifədir. Birinci vitse prezident də siyasi vəzifədir. Ona görə də görürsünüz ki, inzibati vəzifələrin təsnifatında onlar yer tutmurlar. Dövlət qulluğu haqqında qanunun 10-cu maddəsində də açıq qeyd olunur ki, siyasi vəzifə tutan şəxslərə dövlət qulluğu haqqında qanun şamil olunmur. Amma bizdə məsələn elə şəxslər var ki, həm prezidentin köməkçisidir, həm də şöbə müdiridir. Yəni həm siyasi, həm də inzibati vəzifə tutur. Bu necə ola bilər? Onsuz da Yeni Azərbaycan Partiyasında, Prezident Administrasiyasının özündə uzun illər müxtəlif şöbələrdə çalışıb, müavin olub karyerasında yüksəliş gözləyən adamlar var. Düşünürəm ki, qanunvericilik və idarəetmə fəlsəfəsinə uyğun olaraq burada da nizam-intizam yaratmağa ehtiyac var. Yəni bir şəxs eyni zamanda iki fərqli vəzifə tuta bilməsin. Prezident köməkçisi institutu kifayət qədər yüksək səlahiyyətli bir institutdur. Yəni bunu şöbə müdiri səviyyəsinə endirib, onunla eyniləşdirmək olmaz. Hesab edirəm ki, dünyanın hər yerində Prezidentin köməkçiləri ayrıca bir institutdur. Hesab edirəm ki, Azərbaycanda da bu barədə düşünmək lazmdır”.

Əli









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv