Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
İDMAN

“Qarabağ”ın zəfəri Türkiyə kanalında - Video

<b>“Qarabağ”ın zəfəri Türkiyə kanalında - Video</b>

Türkiyənin “Tivibu Spor” kanalında “Qarabağ” klubunun “Atletiko Madrid”lə oyunda tarixi uğura imza atmasından bəhs edilib

Axar.az xəbər verir ki, “Çempionların ekranı” proqramında “Qarabağ”ın zəfərindən danışan keçmiş türk futbolçu Oğuz Çətin “Qarabağ”ın mərhələ-mərhələ bu günlərə gəlib çıxdığını bildirib. O, “Qarabağ”ın güclü rəqibi qarşısında azlıqda qalmasına baxmayaraq, möhtəşəm oyun nümayiş etdirdiyini deyib:
“Baş məşqçi Qurban Qurbanov meydandan kənarda, kapitan Rəşad Sadıqov isə meydanda komandaya liderlik edir. Azərbaycanlılar bizlərdəndir. Bunu bütün Türkiyə hiss edir”.
Aparıcı Özgür Buzbaş isə bunları deyib:
“Əvvəlcə Çempionlar Liqasında Türkiyənin iki klubunun iştirak edə bilməməsinə heyfsiləndik. Ancaq sonra “Qarabağ”ın da bu turnirdə olduğunu görüb sevindik, çünki futbol azarkeşlərimiz “Qarabağ”ı türk klubu kimi görürlər”.
Qeyd edək ki, ötən gün “Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniya nəhəngi “Atletiko Madrid”lə üz-üzə gəlib. Görüş 1-1 hesabı ilə başa çatıb. Bu bərabərlikdən sonra “Qarabağ” xallarının sayını 2-yə çatdırıb.










FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv