Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
İQTİSADİYYAT

Bakıda 4 minlik maşın 10 minə satıldı

<b>Bakıda 4 minlik maşın 10 minə satıldı</b>

Mərkəzi Seçki Komissiyasının balansındakı avtomobil hərracda yüksək qiymətə satılıb

Müxtəlif markalı avtomobillərin satışı üçün təşkil edilən hərrac rəqabətli keçib.
Belə ki, MSK-nın özəlləşdirməyə təqdim etdiyi “Daevoo Leganza” markalı avtomobil hərraca ilkin start qiyməti 1127 manata təqdim edilsə də, avtomobil rəqabət nəticəsində 1900 manata satılıb. Bu nəqliyyat vasitəsi alınmadığı üçün 5-ci dəfə idi hərraca təqdim edilirdi. Avtomobil bu dəfə qiyməti 50% endirimlə satışa çıxarılıb və rəqabət olduğundan qiymət artırılıb.
MSK-nın digər avtomobili isə bu dəfə də satılmayıb.
Lakin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin balansında olan “Kia Sportage” markalı avtomobilə 5 sifariş verilib. İlkin start qiyməti 4000 manat olan avtomobil 10 min 300 manata özəlləşdirilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv