Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
İDMAN

“Atletiko“: “Taleyimiz “Qarabağ”dan asılıdır“

<b>“Atletiko“: “Taleyimiz “Qarabağ”dan asılıdır“</b>

Hər iki oyunda “Qarabağ”ı məğlub edə bilmədiyimiz üçün özümüzü tənqid etməliyik

Report xəbər verir ki, bunu İspaniyanın “Atletiko” komandasının futbolçusu Qabi Fernandes Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunda “Qarabağ”la 1:1 hesablı heç-heçə haqda danışarkən deyib.
Madrid təmsilçisinin 34 yaşlı kapitanı bildirib ki, artıq “Atletiko”nun ÇL-də 1/8 finala vəsiqə qazanması “Qarabağ”dan asılıdır. O, Ağdam komandasına qalib gəlmək üçün əllərindən gələni etdiklərini söyləyib: “İlk yarıda pis oynadıq. Hədəfimizi bilsək də, vəziyyəti dəyişməyi bacarmadıq. Çox məyusuq. Qalib gəlmək üçün hər şey etdik. Bəxtimiz gətirsəydi bunu bacarardıq. Uğursuzluq zolağındayıq və yalnız ayağa qalxmaq qalır. Fikrimcə, ÇL-də yolumuza davam etmək şansımız çox azdır. Lakin artıq qrupda hər şey öz əlimizdə deyil. Evdə “Roma”ya qalib gəlməliyik və taleyimiz “Qarabağ”dan asılıdır”.
Onun sözlərinə görə, “Atletiko” mübarizəni Avropa Liqasında davam etdirəcəyi halda, turnirin qalibi ola bilər: “İndiki dövrdə Avropa Liqası heç nədir. Lakin bu turnir mənə çox şey verib. Orada oynayası olsaq, qalib gələcəyik”.
Qeyd edək ki, 4 turdan sonra İtaliya təmsilçisi “Roma” 8 xalla C qrupunun lideridir. İngiltərənin “Çelsi” komandasının 7, “Atletiko”nun 3, “Qarabağ”ın isə 2 xalı var. İlk iki yeri tutan kollektivlər 1/8 finala yüksələcəklər. Üçüncü yerin sahini isə mübarizəni Avropa Liqasında davam etdirəcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv