Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
İQTİSADİYYAT

Azərbaycan “Doing Business 2018” hesabatında 57-ci yerə yüksəlib

<b>Azərbaycan “Doing Business 2018” hesabatında 57-ci yerə yüksəlib </b>

Dünyada biznes mühitinin qiymətləndirilməsi sahəsində ənənəvi olaraq dərc olunan hesabatlarda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar daim diqqət mərkəzində saxlanılır

Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən “Doing Business” hesabatıdır.
Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar paketinin reallaşdırılmasının nəticəsi olaraq ölkəmiz 190 ölkənin biznes mühitini qiymətləndirən növbəti “Doing Business 2018” hesabatında 8 pillə irəliləyərək 57-ci mövqeyə yüksəlmiş, ötən il ərzində davam etdirilən uğurlu islahatların nəticəsi olaraq, 6 göstərici üzrə mövqeyini yaxşılaşdırmışdır.
Belə ki, oktyabrın 31-də açıqlanmış “Doing Business 2018” hesabatında Azərbaycan “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 22 pillə irəliləyərək 10-cu pilləyə, “Əmlakın qeydiyyatı” göstəricisi üzrə 1 pillə irəliləyərək 21-ci pilləyə, “Vergilərin ödənişi” göstəricisi üzrə 5 pillə irəliləyərək 35-ci pilləyə, “Müqavilələrin icrasının təmin edilməsi” göstəricisi üzrə 6 pillə irəliləyərək 38-ci pilləyə, “Müəssisənin bağlanması” göstəricisi üzrə 39 pillə irəliləyərək 47-ci pilləyə, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 3 pillə irəliləyərək 102-ci pilləyə yüksəlmişdir.
Hesabatda bir sıra göstəricilər üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində ölkəmizdə aparılan islahatlar xüsusi qeyd edilmişdir. Belə ki, Azərbaycan “Doing Business 2018” hesabatında Avropa və Mərkəzi Asiyada 4 və daha çox islahat aparan 3 ölkədən biri kimi qiymətləndirilmişdir.
Belə ki, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 25 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə edilmiş dəyişikliklər, “Kreditin əldə edilməsi” göstəricisi üzrə “Kredit büroları haqqında” Azərbaycan Respublikasının 28 oktyabr 2016-cı il tarixli Qanununun qəbul edilməsi, “Müqavilələrin bağlanması” göstəricisi üzrə məhkəmə ödənişlərinin “Hökumət Ödəniş Portalı” vasitəsilə elektron qaydada həyata keçirilməsinin tətbiqi, “Müflisləşmənin həlli” göstəricisi üzrə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş 25 aprel 2017-ci il tarixli dəyişikliklər “Doing Business 2018” hesabatında Azərbaycanın həyata keçirdiyi islahatlar kimi xüsusi qeyd olunmuşdur.
Hesabatda Azərbaycan “Kiçik investorların maraqlarının qorunması” (10), “Biznesə başlama” (18), “Əmlakın qeydiyyatı” (21), “Vergilərin ödənilməsi” (35), “Müqavilələrin icrasının təmin edilməsi” (38), “Müəssisənin bağlanması” (47) göstəriciləri üzrə reytinqdə ilk 50 ölkənin sırasına daxil edilmişdir.
Nüfuzlu beynəlxalq hesabatlarda ölkəmizin mövqeyinin davamlı olaraq yaxşılaşması Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatların məntiqi nəticəsidir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv