Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
İQTİSADİYYAT

Üzən məzənnə: siyasi xəbərlər belə… - İqtisadçı

<b>Üzən məzənnə: siyasi xəbərlər belə… - İqtisadçı</b>

Üzən məzənnə valyuta bazarına kənar müdaxilələr olmadan, onlayn fəaliyyət göstərən platformada tələb və təklif qanununa görə formalaşan məzənnə rejimidir. Bu rejim çox oynaqdır, bazarda baş verən spekulyativ, siyasi, iqtisadi xəbərlərə anında reaksiya verir

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, bu rejimdə bazar iştirakçıları istənilən an onlayn qaydada istədikləri qədər valyuta alıb-sata bilərlər:
“Mərkəzi banklar birjaya ancaq iqtisadi alətlərlə - ya valyuta satmaq, ya da almaqla öz hədəflərinə uyğun müəyyən tənzimləyici funksiya daşıya bilərlər. Üzən məzənnə üçün əsas şərtlərdən biri qiymətli kağızlar və valyuta birjasının olmasıdır. Birja satışları bəlli zaman kəsimində həyata keçirir, ölkənin öz birjasında satışlar dayananda milli valyutası onlayn platformalarda Nyu York, London, Sinqapur, Tokio birjalarında günün 24 saatı dəyişdirilə, alınıb-satıla bilir. Üzən məzənnə rejimi üçün bazara günlük çıxarılan valyutanın həcmi, bazar oyunçularının sayı, satış və alış üçün bazara daxil olanların öncədən niyyəti bəlli olmur. Yəni bazarda olan oyunçunun valyuta alacağı, ya satacağı öncədən bilinmir”.
İqtisadçı bildirib ki, üzən məzənnə rejiminin əsas artibutlarından biri də pul dövriyyəsinə qoyulan məhdudiyyətlərin olmamasıdır:
“Yəni, birjada bazar oyunçusu aldığı valyutanı istənilən ölkədə, istənilən hesaba (qanunlar çərçivəsində) keçirə, ötürə bilər. Üzən məzənnə rejimində olan milli valyutalar xarici şoklara, xəbərlərə, siyasi və iqtisadi bəyanatlara çox həssas olur”.
Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov üzən məzənə rejiminin davamlı bir rejim olacağını bildirərək, ilin sonuna kimi manatın bahalaşmasını istisna etməyib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv