Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
DÜNYA

Sərkisyan: Moskva ilə yeni hərbi kredit müqaviləsi...

<b>Sərkisyan: Moskva ilə yeni hərbi kredit müqaviləsi...</b>

Moskva yaxın zamanlarda İrəvana mövcud olan müqavilələr üzrə silah tədarük edəcək. Artıq imzalanmış 100 milyon dollarlıq kredit razılaşmasının icrası isə dövlətlər arasındakı bütün razılaşdırılmaların bitməsindən sonra başlayacaq

Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Ermənistan Prezidenti Serj Sərkisyan söyləyib.
“Bu ilin sonuna qədər biz bütün əvvəlki razılaşmaları icra edəcəyik. Yaxın günlərdə yeni tədarükü gözləyirik və ilin sonuna qədər biz əvvəlki razılaşma ilə bağlı bütün məsələləri qoruyacağıq. Biz artıq İrəvanda yeni razılaşma imzalamışıq. O gərək Rusiya və Ermənistanın bütün instansiyalarından keçsin, daha sonra ratifikasiya proseduru baş tutsun. Bütün bunlardan sonra biz bu proqramın icrası üçün rusiyalı istehsalçılarla işə başlayacağıq”, – o bildirib.
Qeyd edək ki, Sərkisyan sazişin nə zaman imzalandığını açıqlamayıb. Onun Medvedyevin bir müddət öncə İrəvan səfəri zamanı imzaladığı güman edilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv