Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
SOSİAL

Sabahın havası: Yağış, qar...

<b>Sabahın havası: Yağış, qar...</b>

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin tutulub açılacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 13-16, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 2-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 14-19, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv