Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
HADİSƏ

Ukraynada azərbaycanlı biznesmen öldürüldü

<b>Ukraynada azərbaycanlı biznesmen öldürüldü</b>

Ukraynanın Luqansk vilayətində fermer fəaliyyəti ilə məşğul olan azərbaycanlı biznesmen Səməndər Quliyev öldürülüb

Report-un əldə etdiyi məlumata görə, onun meyiti vilayətin Popasnyanskiy rayonunun Ustinovka kəndi yaxınlığından tapılıb.
S.Quliyevin meyiti kəndin girişində avtomobilində yerli sakinlər tərəfindən aşkarlanıb. Onun boynunda boğulma izləri olduğu bildirilib.
Azərbaycanlı biznesmen Popasnyanskiydə dəfn olunub.
Əslən Kürdəmir rayonundan olan 1969-cu il təvəllüdlü Quliyev Səməndər Qulu oğlu uzun illərdir Luqanskda yaşayırmış və rayon ərazisində xeyli torpaq sahəsinə, heyvandarlıq təsərrüfatına sahibimiş.
Xatırladaq ki, Luqansk vilayətinin Popasnyanskiy rayonu Ukrayna nəzarətindəndir və döyüş bölgəsindən kənardır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv