Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
HADİSƏ

Qoca ilə qaçanlardan biri PX-nin müəssisəsinə aparıldı

<b>Qoca ilə qaçanlardan biri PX-nin müəssisəsinə aparıldı</b>

Bakının Qaradağ rayonunda “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyat zamanı xəsarət alanlardan 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğlunun yarası ağır olmadığından o, 1 saylı Kliniki Tibbi Mərkəzdən Penitensiar Xidmətin müəssisəsinə aparılıb.
Report-un xəbərinə görə, digər yaralı 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğluna dəyən güllə bazu oynağından girib sümüyünü bir neçə yerdən sındırıb. Güllə hazırda onun dirsək oynağı nahiyəsində qalıb. Hazırda xəstəyə baxış keçirilir.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı “Qoca” ləqəbli Etibar Məmmədov və onun yanındakı İlqar Əzimov öldürülüb, A.Əsgərov və Ş.Bəyəlizadə güllə xəsarəti alıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv