Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
İDMAN

Ötən gün tarix yazan azərbaycanlı...

<b>Ötən gün tarix yazan azərbaycanlı...</b>

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov FİDE-nin cari reytinqində ikinci yerə yüksəlib

O, FİDE reytinqində belə yüksək pilləyə qalxan ilk azərbaycanlıdır.
Tanınmış simalar Ş.Məmmədyarovun bu uğuru ilə bağlı öz fikirlərini bölüşüblər.
Millət vəkili Fazil Mustafa şahmatda dünyada ikinci olmağın “Maşın-şou”da əlini maşının üstündə saxlamaq olmadığını vurğulayıb:
“İlk dəfədir belə bir uğur baş verir. Bu başını başların üstündə saxlaya bilməkdir. Təbrik edirəm, sevinirəm, daha böyük uğurlar diləyirəm. Bu hadisəyə sevinən bütün azsaylı Azərbaycan əhalisinə də təşəkkür edirəm ki, az sayda olsanız da, bir azərbaycanlının təfəkkürünə qiymət verirsiniz, kriminal oyuncaqların, nağıl-serialların, mənasız şouların arxasınca düşüb ömür sürmürsünüz”.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə Şəhriyar Məmmədyarovun “Azərbaycanı pulsuz reklam edənlər” kateqoriyasına aid olduğunu yazıb:
“Şəhriyar Məmmədyarov son qələbəsindən sonra FİDE reytinqində 2801,5 balla dünyanın II şahmatçısı pilləsinə yüksəlib. Dünya çempionundan onu 36,5 bal ayırır”.
Qeyd edək ki, Ş.Məmmədyarov Avropa çempionatında çexiyalı David Navara üzərindəki qələbədən sonra xallarının sayını 2801,5 çatdırıb. Bununla da o, erməni Levon Aronyan (2799,9) və amerikalı Fabiano Karuananı (2799) qabaqlayıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv