Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
DÜNYA

Tramp özbək terrorçunu edam etdirmək istəyir

<b>Tramp özbək terrorçunu edam etdirmək istəyir</b>

ABŞ Prezidenti Donald Tramp Nyu Yorkda baş verən terror hücumunda təqsirləndirilən Seyfulla Saipovun ölüm cəzasına layiq olduğunu bildirib

Axar.az xəbər verir ki, bu fikri Tramp Tvitter səhifəsində yazıb.
“Nyu Yorkdan olan terrorçu İŞİD-in bayrağını xəstəxananın qapısından asmaq istədiyini məmnunluqla dilə gətirdi. O, 8 nəfəri öldürüb, 12 nəfərə isə ciddi xəsarət yetirib. Onu ölüm hökmü ilə cəzalandırmaq lazımdır", - deyə bildirib.
Qeyd edək ki, terrorla ittiham olunan Seyfulla Saipovu ömürlük həbs və ya ölüm cəzası gözləyir. Tramp bundan öncəki açıqlamasında onu Quantonamo həbsxanasına göndərməyə hazır olduğunu bildirmişdi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv