Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
SOSİAL

Millət vəkili: Nə deyəcəyimi bilmirəm – Direktor əxlaqsızlığı

<b>Millət vəkili: Nə deyəcəyimi bilmirəm – Direktor əxlaqsızlığı</b>

Deyəsən, XIX əsrdə ən ciddi problem əxlaq, mənəviyyat böhranı olacaq

Bu sözləri millət vəkili Qənirə Paşayeva dünən Xaçmaz rayon Arzu kəndində orta məktəbin 6-cı sinif şagirdinə qarşı direktorun əxlaqsız təklif etməsi məsələsinə münasibət bildirərkən deyib. O bildirib ki, hələ də xəbərin təsirindən özünə gələ bilməyib:
“Səfərdən ötən gün qayıtdığımdan və yeni səfərə hazırlaşdığımdan dolayı və bütün günü görüşlər, tədbirlər, seçicilərlə görüşlərdən xəbərlərə baxmağa zamanım olmamışdı. Açdım xəbərləri oxudum və şoka düşdüm. Nə yazım, heç özüm də bilmirəm. Sadəcə şokdayam. Təhsil Nazirliyinin bu məsələ ilə bağlı atdığı addımları dəstəkləyirik. Ümumiyyətlə təhsil müəssisəsi ilə bağlı bu cür məlumatlar çox üzücüdür və bir çox insana dərs olmalıdır. Təhsil müəsisəsi müqəddəs ocaq kimidir və onun adının qorunması təhsil işçilərinin ən vacib amalı olmalıdır. Övladlarımızı yetişdirmək üçün etibar etdiyimiz insanların əxlaqı isə yüksək səviyyədə olmalıdır”.
Qeyd edək ki, Xaçmaz rayonunda orta məktəbdə 12 yaşlı şagirdə qarşı məktəbin direktorunun əxlaqsız hərəkətlər etdiyi iddia edilmişdi. Bundan sonra rayonun Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülfəz Alxasov saxlanılaraq rayon prokurorluğuna gətirilib. O, məktəbin 6-cı sinif şagirdinə qarşı etdiyi əxlaqsız hərəkətlərə görə 12 yaşlı qızın valideynləri tərəfindən polis və prokurorluğa edilən şikayət əsasında saxlanılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv