Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
İQTİSADİYYAT

Pirallahı Sənaye Parkında şpris istehsalı müəssisəsi yaradılır

<b>Pirallahı Sənaye Parkında şpris istehsalı müəssisəsi yaradılır</b>

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir

Bu istiqamətdə növbəti tədbir – sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum noyabrın 2-də Pirallahı rayonunda keçirilib.
Forum çərçivəsində Pirallahı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, zeytunçuluq təsərrüfatının, badam bağının salınması, corab istehsalı, plastik və polietilen qabların təkrar emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, Bakı qəsəbələrində və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, 2017-ci ilin ötən dövrü ərzində 1360-dək sahibkarlıq subyektinin ümumi dəyəri 346 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 101,3 milyon manat güzəştli kredit verilib. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində sahibkarlıq subyektlərinin 1373 investisiya layihəsinin maliyyələşdirilməsinə 397,8 milyon manat güzəştli kredit verilib.
İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 6,2 milyon manat güzəştli kredit verilib. Güzəştli kreditlər müasir istixana kompleksinin yaradılması, bağçılıq, dəri emalı, şpris istehsalı və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 110-dan çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Pirallahı Sənaye Parkında güzəştli kredit ayrılmış şpris istehsalı müəssisəsinin tikintisi işlərinə baxış keçirilib. Azərbaycanda ilk dəfə yaradılacaq bu zavodda ildə 100 milyon ədəd şpris istehsal etmək mümkün olacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv