Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
HADİSƏ

SOCAR-da faciə: iki fəhlə yaralandı

<b>SOCAR-da faciə: iki fəhlə yaralandı</b>

SOCAR-ın Qaradağ rayonu ərazisində yerləşən 190 saylı quyusunda faciə baş verib

Bu barədə məlumat verən SOCAR-ın sözçüsü İbrahim Əhmədov bildirib ki, Qazma İşləri Trestinin Qaradağ sahəsində qazma işləri aparılarkən baş vermiş qəza nəticəsində iki nəfər qazmaçı yaralanıb.
“Yararlılardan biri hazırda xəstəxanadadır, müalicəsi davam edir. Digər yaralı isə ilkin tibbi müayinədən sonra evə buraxılıb. Hadisə zamanı yaralanan işçilərin kimliyi ilə bağlı dəqiqləşdirmə aparılır. Yaxın dəqiqələrdə bu barədə rəsmi məlumat veriləcək”, - SOCAR sözçüsü bildirib.
Qeyd edək ki, Yenicag.az saytının verdiyi məlumata görə, buruqda iş aparılan zaman boru iki işçinin üstünə düşüb. Hadisə zamanı 52 yaşlı Gözəlov Fikrət Alıkişi oğlu və 54 yaşlı Ədilov Cavad Əlibala oğlu yaralanıblar. Saytın məlumatıəna görə, Fikrət Gözəlov aldığı xəsarətlərlə xəstəxanada dünyasını dəyişib.
İ.Əhmədov ölüm faktını təkzib edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv