Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
İDMAN

Qurbanovdan ilk açıqlama: İşimiz çoxalır

<b>Qurbanovdan ilk açıqlama: İşimiz çoxalır</b>

Rövnəq Abdullayevə, AFFA İcraiyyə Komitəsinin üzvlərinə təşəkkür edirəm

Hər kəsin arzusu millidə oynamaq və məşqçinin də istəyi milliyə rəhbərlik etməkdir. Hamının gözü millidədir. Azarkeşlər daha yaxşı nəticə istəyir. Bu, mənim üçün böyük məsuliyyətdir. Bu, bir ayın, bir ilin işi deyil. Uzun bir proqramımız olacaq. Pillə-pillə irəli getməliyik. Bir azərbaycanlı kimi futbolumuz üçün daha artığını etməyə çalışacağam. İşimiz çoxalır. Çalışacağıq ki, rəhbərliklə birgə vəzifəmizin öhdəsindən gələk. Yazıları oxuyurdum. Etimadınıza görə də təşəkkür edirəm.
Report-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov təyinatını şərh edərkən deyib.
45 yaşlı mütəxəssis bildirib ki, hələlik köməkçilərinin kim olacağı barədə danışmaq tezdir:
"İndi bu suala cavab verə bilməyəcəyəm. Hər şey mərhələli olacaq. Bir aya, ayyarıma qərar veriləcək".
Əsas məqsədin 2020-ci il Avropa çempionatına vəsiqə qazanmaqdan ibarət olduğunu deyən Qurbanov "Millətlər Liqasında da oynamalıyıq. Bu bizim üçün əlavə üstünlükdür. Futbolda hər şey mərhələ ilə olur. Əlimizdə şans varsa, bundan istifadə etməliyik. "Atletiko" "Qarabağ"dan güclüldür. Amma onlarla heç-heçə etdik. Və ya biz çempionatda xal itiririk" sözlərini də əlavə edib.
Yeni baş məşqçi müqavilə şərtləri barədə danışmaq istəməyib: "Biz bir-birimizə şərt qoymuruq. Buna ehtiyac yoxdur. Bir-birimizə inanaraq, bu yolu gedəcəyik".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv