Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
SOSİAL

Sabahın hava proqnozu açıqlandı

<b>Sabahın hava proqnozu açıqlandı</b>

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-20° isti , Bakıda gecə 8-10° isti, gündüz 18-20° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 6-dək Abşeron yarımadasında mülayim payız havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında çiskin olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10°, gündüz 15-20° isti, dağlarda gecə 0-4°, gündüz 6-11° isti olacağı gözlənilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv