Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
İQTİSADİYYAT

Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

<b>Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb</b>

Dövlət başçısının “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 12 sentyabr 2017-ci il tarixli Sərəncamında bu sahənin inkişafı ilə bağlı vəzifələr müəyyənləşdirilib, çayçılıq sahəsinin inkişafının davamlı olaraq dəstəklənməsinin təmin edilməsi, fermerlər, tədarükçülər, emalçılar və ixracatçıların dövlət orqanları ilə qarşılıqlı əlaqələrinin daha səmərəli təşkil edilməsi üçün Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması üçün müvafiq tədbirlərin görülməsi tapşırılıb.
Bakı Biznes Mərkəzində İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən görüşdə bu sahədə fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb, Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis edilməsi qərara alınıb.
“Astaraçay” şirkətinin rəhbəri Tələt Məmmədov Assosiasiyanın İdarə Heyətinin sədri seçilib.
Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması sahibkarlığın inkişafı, eləcə də çay istehsalı və ixracının artırılması, ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olacaqdır.
Qeyd: İqtisadiyyat Nazirliyi sahibkarların ixtisaslaşmış assosiasiyalarda birləşməsinə daim dəstək göstərir və indiyədək Arıçılar, Şərab, Nar, Fındıq, Meyvə-Tərəvəz, Xurma, Tekstil İxracatçıları və İstehsalçıları Assosiasiyaları yaradılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv