Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
TÜRK DÜNYASI

Türkiyədə 2500 illik tapıntı: qadın, uşaq və tısbağalar...

<b>Türkiyədə 2500 illik tapıntı: qadın, uşaq və tısbağalar...</b>

Türkiyənin Diyarbəkir əyalətinin Bismil mahalında aparılan qazıntılar zamanı arxeoloqlar qadın və uşağın 17 tısbağa ilə birlikdə dəfn edildiyi 2500 illik məzar aşkar ediblər

Kult.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
Arxeoloqlar 45-55 yaşlı qadın və 6 yaşlı uşağın dəfn olunduğu məzarda Dəclə çayı hövzəsində yaşayan növə aid 17 tısbağanın olmasına təəccübləniblər.
Yumşaq qabıqları və təcavüzkar davranışları ilə fərqlənən tısbağalar qədim dövrlərdə yemək üçün istifadə olunub, ancaq hələ də həmin heyvanların məzara hansı məqsədlə qoyulması barədə dəqiq fikir söyləmək mümkün olmayıb.
Versiyalardan birinə görə, üzərində heç bir zorakılıq izləri olmayan cəsədlərin yanına tısbağalar hədiyyə olaraq qoyulub. Digər bir versiyaya görə isə qədim dövrdə tısbağalar bu dünyadan sonrakı həyata bələdçi sayıldığı üçün insanlarla birlikdə dəfn olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv