Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
HADİSƏ

Azərbaycanda dördəlli, dördayaqlı uşaq… - Foto

<b>Azərbaycanda dördəlli, dördayaqlı uşaq… - Foto</b>

Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD) unikal əməliyyat həyata keçirilib. dördəlli və dördayaqlı şəkildə dünyaya gələn körpə əməliyyat olunub

Axar.az medicina.az saytına istinadən xəbər verir ki, uşağa anatomik inkişaf etmiş dölə anormal inkişaf etmiş dölün (epiqastral heteroqapus – parazit-döl) bitişməsi diaqnozu qoyulub. Belə ki, uşağın qarın nahiyəsində əlavə inkişaf etmiş bədən olub. Parazit-döldə ayaqlar, əllər, cinsiyyət orqanı, sidik kisəsi, bağırsaqlar və bir böyrək inkişaf edib. Parazit uşağın daxilinə də keçərək onun bağırsaqlarına bitişib, hətta qaraciyərlərdə də bitişmə müəyyən olunub.
Körpə 7 günlük ikən əməliyyata alınıb, körpənin qarın boşluğu açılıb, parazit bütünlüklə ayrılıb, bitişmiş bağırsaq və qaraciyər təcrid olunub.
Əməliyyat sonrası dövr fəsadsız ötüşüb, uşaq evə buraxılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv