Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
SİYASƏT

Çin: Bakı ilə əlaqələrin inkişafına inanırıq

<b>Çin: Bakı ilə əlaqələrin inkişafına inanırıq</b>

Qənirə Paşayeva Çinin ictimai xadim və tanınmış təşkilat rəhbərləri ilə görüşüb

Millət vəkili görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla, Azərbaycan qadınlarının cəmiyyətdə rolu və Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.
Q.Paşayeva Çin heyətinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə də danışıb:
“1 milyon azərbaycanlı, yüz minlərlə azərbaycanlı qadın Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüb, onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam edir. Ermənistan 20 ildən artıqdır ki, insanlarımızın öz torpaqlarına dönməsinə imkan vermir. Dünya Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə seyrci qalmamalıdır. Çinin də üzv olduğu BMT Təhlüksizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad olunmasına dair 4 qətnaməsi işğalçı Ermənistan tərəfindən yerinə yetirilmir. Təhlükəsizlik Şurası işğalçıya heç bir təzyq göstərmir. Azərbaycanlı köçkünlər evlərinə dönmək üçün BMT-dən dəstək gözləyirlər”.
Çinin Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyən nümayəndə heyəti üzvləri iki ölkə arasında münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.
Görüşdə iki ölkə arasında qarşılıqlı səfərlərin vacibliyi, münasibət və əməkdaşlığın inkişafı üçün böyük prespektivlərin olduğu vurğulanıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv