Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
HADİSƏ

Dağıstan rəhbəri təlimat verdi: Rusiya-Azərbaycan sərhədi...

<b>Dağıstan rəhbəri təlimat verdi: Rusiya-Azərbaycan sərhədi...</b>

Dağıstanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev Rusiya-Azərbaycan sərhədindəki "Yaraq-Qazmalar" sərhəd-buraxılış məntəqəsində yaranmış vəziyyəti araşdırmaq, avtomobillərinin gecikməsində günahkarları müəyyən etmək və Azərbaycanla sərhəddə nəqliyyat vasitələrinin standart keçidini təmin etmək ilə bağlı təlimat verib

Report xəbər verir ki, adıçəkilən sərhəd-buraxılış məntəqəsində yük avtomobillərin sürücüləri fitosanitar və gömrük xidmətlərinin qanunsuz pul toplanması və nəticədə sərhəddə avtomobillərdən ibarət bir neçə kilometrlik növbə yaranması ilə bağlı etiraz aksiyası keçirirlər.
Gömrük işçiləri sürücülərdən yığılan vəsaitlərin tam qanunauyğun şəkildə olduğunu bildirir, amma yük avtomobillərinin sürücüləri ödəniş qarşılığında heç bir çek və ya qəbz verilmədiyini bildirirlər.
Vəziyyəti aydınlaşdırmaq üçün "Yaraq-Qazmalar" sərhəd-keçid məntəqəsinə Moskvadan komissiya göndərilib.
Dağıstan Gömrük Xidmətinin rəis müavini Hacımurad Şamxalov dağıstanlı sürücüləri təhqir edən əməkdaşın artıq işdən azad olunduğunu açıqlayıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv