Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
SİYASƏT

Sərkisyanın Moskva səfəri: Putinin təlimatları...

<b>Sərkisyanın Moskva səfəri: Putinin təlimatları...</b>

Brüssel sammitindən öncə Sərkisyan Moskvada Rusiya tərəfindən təlimatlandırılacaq

Bu sözləri Axar.az-a açıqlamasında Ermənistan prezidentinin Moskva səfərini şərh edən politoloq Arzu Nağıyev deyib. Ekspert Moskvada keçiriləcək Ermənistan mədəniyyət günlərinin sadəcə bəhanə olduğunu bildirib:
“Məlum məsələdir ki, regionda bu gün nüfuz məsələsi həll olunur. İstər ABŞ, istərsə Rusiya daxil olmaqla digər supergüclər müəyyən münaqişələrin həllində nüfuz sahibi olmaq uğrunda savaş aparırlar və hazırda buna uyğun olaraq da müvafiq siyasət yürüdürlər”.
Politoloq Ermənistan prezidentinin Moskvada Vladimir Putinlə müzakirə edəcəyi məsələlərə də aydınlıq gətirib:
“Çox güman ki, Moskvada Bakı-Tiflis-Qarsla bağlı danışıqlar aparılacaq. BTQ-yə qoşulmaq İrəvanın çoxdankı arzusudur. İrəvan bir sıra istiqamətdə siyasi gedişlərə əl ataraq Moskvadan təlimatlar alacaq.
İkincisi, Ermənistan və Rusiya prezidentlərinin istər rəsmi, istərsə də qeyri-rəsmi görüşlərində Dağlıq Qarabağ münaqişəsi gündəmdə olacaq. Bir sözlə, Sərkisyanın Moskvaya səfəri Ermənistanın Rusiya tərəfindən təlimatlandırılması prosesi hesab oluna bilər”.
Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan noyabrın 15-də Rusiyaya səfər edəcək. S.Sərkisyan Moskvada Ermənistan mədəniyyət günlərinin açılışında iştirak edəcək. Onunla bərabər Moskvaya parlament sədri, müdafiə naziri və deputatların gəlişi gözlənilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv