Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SİYASƏT

Türkiyənin Qarabağla bağlı bu istəyi...

<b>Türkiyənin Qarabağla bağlı bu istəyi...</b>

Son zamanlar Türkiyə ilə strateji tərəfdaşlığımızın güclənməsi fonunda Ankaranın Dağlıq Qarabağ məsələsinin nizama salınması prosesinə öz töhfəsini vermək istəyi açıq görünür

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, münaqişənin arxasında duran və status-kvonun uzanmasında maraqlı olan qüvvələr Qarabağ sülh prosesində Ankaraya irəliləyiş əldə etməyə imkan verməyəcəklər:
“Son zamanlar Türkiyə ilə strateji tərəfdaşlığımızın güclənməsi fonunda Ankaranın Dağlıq Qarabağ məsələsinin nizama salınması prosesinə öz töhfəsini vermək istəyi açıq görünür. Müstəqilliyini itirmiş işğalçı Ermənistanı faktiki olaraq birbaşa Rusiya idarə edir. Türkiyənin bu prosesdə iştirak etmək istəyindən asılı olmayaraq, böyük güclər bu cür münaqişələrdən bölgədə hərbi təsirini saxlamaq üçün istifadə etdiklərindən, yaxın müddətdə məsələnin həlli ilə bağlı ciddi dəyişikliklərin olcağını gözləmirəm. Rusiya və Türkiyə arasında müvafiq əməkdaşlıq olsa da, Moskva heç vaxt Türkiyənin NATO üzvü olduğunu unutmur”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv