Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
HADİSƏ

ADİİM pulsuz Məsləhət Mərkəzi açıb - ABŞ və Kanadaya viza almaq istəyənlərin nəzərinə!

<b>ADİİM pulsuz Məsləhət Mərkəzi açıb - ABŞ və Kanadaya viza almaq istəyənlərin nəzərinə!</b>

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) Azərbaycanda yaşayan vətəndaşlara ABŞ və Kanadaya viza almaq üçün pulsuz Məsləhət Mərkəzi açıb

ADİİM sədri Cavid Şahverdiyevin bildirdiyinə görə, məqsəd Azərbaycanda yaşayan vətəndaşların ABŞ almaq üçün sənədlərin düzgün tərtib edilməsi məqsədilə pulsuz məsləhət verməkdir.
QHT sədri bildirib ki, Azərbaycan vətəndaşlarının ABŞ və Kanada ölkələrinə maraqları ildənilə çoxalır: “Bizim araşdırmalarımıza görə vətəndaşların müraciətləri əsasında sənədlərin 20-30 faizi düzgün tərtib olmadığına görə geydiyyatdan keçə bilmirlər. Onların B1/B2, F, M və yaxud iş vizalarının düzgün seçilməməsi nəticədə on-line qeydiyyatdan keçməməyinə gətirib çıxarır. Araşdırmalar viza rüsumun ödənilməsi və görüşün təyin edilməsi ilə bağlı onu göstərir ki, bu bölmələrə çatanda da müraciət edənlər çətinliklə üzləşilər.
Eyni zamanda bizə məlumdur ki, müəyyən turizm agentləri və vizanın alınması xidmətini göstərənlər vətəndaşlara kömək edə biləcəklərini söz verirlər və onların xidmətlərindən istifadə etməyə inandırırlar.
Bir çox fərdlər, turizm agentləri və yaxud viza konsultantları vətəndaşlara onların xidmətlərindən istifadə etməyi tövsiyə edirlər. Onların bəziləri qanuni fəaliyyət göstərir və həqiqətən də insanlara vaxtlarına qənaət etməyə kömək olurlar, lakin yadda saxlamalıyıq ki, onlar müraciət edən vətəndaşların şəxsi həyatlarıyla bağlı olan sualların cavablarını bilmirlər.
Bu kimi problemlərlə üzləşən vətəndaşlar viza almaq üçün çarəsiz qalırlar və müxtəlif adamların “kömək edəcəkləri“ təkliflərinə inanmağa məcbur olular. Belə ki, həmin adamlar müəyyən pul müqabilində vətəndaşlara vizanın alınmasında “köməklik” təklif edirlər”.
C.Şahverdiyev qeyd edib ki, ABŞ və Kanadanın immiqrasiya haqqında qanunun tələblərindən bixəbər olanlar onlarla Azərbaycan vətəndaşının aldanmasına səbəb olurlar: “Buna misal yaxın vaxtlarda Nəsimi Rayon Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesini xatırlamaq olar.
Məhkəmə tərəfindən ictimai fəal Ramin Hacılı və digər şəxslər - Anar Vəliyev, Qalib Fərəcov, Orxan Əkbərov, Qismət Məmmədov və Cavid Məmmədov ABŞ-a viza almaq məqsədilə vətəndaşları aldatdıqlarına, ABŞ-a getməyə viza almaq istəyənlər üçün ABŞ-ın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinə saxta sənədlər təqdim etdiklərinə görə cəlzandırılıblar. Onlarla Azərbaycan vətəndaşı isə onlar tərəfindən aldanılıb”.
QHT sədri onu da deyib ki, belə halların qarşısını almaqdan ötrü Mərkəzin açılmasında əsas məqsəd vətəndaşlara vizanın hansı növün seçilməsi və müraciətin düzgün tərtib olunması, seçilən viza növünə uyğun sənədlərin toplanması, on-line qeydiyyatın düzgün keçməsi, viza rüsumun ödənilməsi, səfirlikdə görüşün təyin edilməsi və s. kimi problemlərin izah olunmasıdır.
Vətəndaşlar aşağıdakı ünvana müraciət edə bilərlər:
M.Hadi, 87 (H.Aslanov metro stansiyasının çıxışı)
Tel: 077 228 29 29









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv