Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
HADİSƏ

Daşnaklara qarşı savaşan partiya...

<b>Daşnaklara qarşı savaşan partiya... </b>

AMEA-nın Tarix İnstitutunda Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetinin professoru Əli Kafkasyalının “Bolşevik çevrilişi illərində işğal güclərinə qarşı məhəlli milislərin mücadiləsi və Məhəmməd Bayramoğlu Şıxlı” və institutun Azərbaycanın qədim tarixi şöbəsinin müdiri Allahverdi Əlimirzəyevin “Turukkuların etno-siyasi tarixindən” mövzusunda məruzələri dinlənilib

Kult.az xəbər verir ki, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxışında tarixin ən qədim dövrlərində və orta əsrlərdə Şərqi Anadolunun Azərbaycan tarixi ilə sıx bağlı olmasından bəhs edib. O bildirib ki, Atatürk Qurtuluş savaşını məhz Şərqi Anadoludan başlatmışdı.
Y.Mahmudov İran etnoslarının Ön Asiya regionuna sonradan gəldiklərini və regionun ən qədim sakinlərinin Azərbaycan tayfaları olan lullubilər (lullubəylər), kutilər (qutlar) və turukkular olduğunu vurğulayıb:
“Azərbaycanın 5 min illik dövlətçilik tarixi var. Türk xalqlarının ilkin vətənini Urmiya hövzəsi və ya Altay regionu ilə lokallaşdırmaq düzgün deyil, onların vətəni yayıldıqları Avrasiya məkanıdır”.
Y.Mahmudov Azərbaycan tarixçilərinə müraciət edərək informasiya müharibəsi şəraitində erməni daşnaklarına qarşı mübarizə aparmış Difai Partiyasının tarixini daha dərindən araşdırmağın vacibliyi mövzusuna da toxunub.
Allahverdi Əlimirzəyev isə məruzəsində turukkuların azərbaycanlıların soykökündə iştirak etmiş tayfalardan biri olmasına diqqət çəkib:
“Turukkularla yanaşı, kuti, lullubi, kimmer, iskit, sak və digər qədim tayfalar da xalqımızın təşəkkülündə mühüm rol oynayıblar”.
Məruzələrdən sonra Elmi Şuranın iclasında Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və Gürcüstan Demokratik Respublikasının (GDR) 100 illik yubileyinə həsr olunmuş sənədli filmin çəkilişi ilə bağlı müzakirələr aparılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv