Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
İQTİSADİYYAT

Yardımlıda sahibkarlar üçün treninq keçirilib

<b>Yardımlıda sahibkarlar üçün treninq keçirilib</b>

Noyabrın 8-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Yardımlıda sahibkarlar üçün treninq keçirilib

“Made in Azerbaijan” brendinin yaradılması və inkişafı, marketinq, menecment mövzularını əhatə edən treninqdə brendləşmənin xüsusiyyətləri, məhsulların keyfiyyətinin yüksəldilməsi, marketinq anlayışı, bazar araşdırmalarının aparılması, menecmentin mahiyyəti, insan resurslarının idarə edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə iştirakçılara həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlar verilib.
Treninqdə mövzular üzrə təqdimatlar keçirilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv