Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
QHT XƏBƏR

Qəbələdə “QHT-nin maliyyə mənbələri” mövzusunda tədbir keçirilib

<b>Qəbələdə “QHT-nin maliyyə mənbələri” mövzusunda tədbir keçirilib</b>

Qəbələdə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İB ilə MG Consulting arasında birgə əməkdaşlıq çərçivəsində “QHT-nin maliyyə mənbələri” mövzusunda məlumat sessiyası keçirilib

Tədbirdə Qəbələ, Oğuz və Şəkidən QHT nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən İB-in sədr müavini Anar Məhərrəmov tədbir iştirakçılarına təlimin mövzusu, proqramı haqqında məlumat verərək deyib ki, belə təlimlərin təşkilinin QHT–lərin uğurlu fəaliyyəti istiqamətində əhəmiyyəti böyükdür. O təlimlərin təşkilinin ümumilikdə QHT sektorunun inkişafına da müsbət təsir etdiyini dilə gətirib.
Sonra çıxış edən təlimçilər Məhəmməd Quluzadə və Lalə Adilova QHT-nin maliyyə mənbələrinə dair qanunvericilik çərçivəsi (qrantlar, ianələr, üzvlük haqları, xidmət müqaviləsi, malların satışı, könüllü xidməti, innovativ gəlir mənbələri), QHT gəlirlərinin mühasibat uçotu(vergi, DSMF, statistika hesabatları, əmək müqaviləsinin elektron sistemi, məcburi həyat sığortası, məzuniyyətin hesablanması, əmlakın amortizasiyası, vergi əvəzləşməsi, nağdsız hesablaşmalara dair tələblər, balans, divindend ödənişi) və s. haqqında geniş məlumat veriblər.
Tədbir QHT nümayəndələrinin suallarının cavablandırılması ilə başa çatıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv