Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
HADİSƏ

Borclu vətəndaşları hədələyə bilməyəcəklər - Qanun

<b>Borclu vətəndaşları hədələyə bilməyəcəklər - Qanun</b>

Nümayəndəlik institutunun ləğvi bank kollektorlarının fəaliyyətinə də son qoydu

Yeni ildən hamısı fəaliyyətini dayandırmalıdır! İnstitutun ləğvi bunu tələb edir.
Bu sözləri bank eksperti, hüquqşünas Əkrəm Həsənov nümayəndəlik institutunun ləğvinin müsbət tərəfləri barədə danışarkən deyib.
Ə.Həsənovun sözlərin görə, əvvəl banklar borclular haqda məlumatı kollektorlara məhkəmə işlərinin aparılması üçün verdiklərini bildirirdilər. Bundan sonra isə banklar bu arqumentdən istifadə edə bilməyəcəklər:
“Borclulara ən böyük təzyiqi kollektorlar edirdi. Borcluları təqib, zəng edirlər, hədələyir, hətta söyürdülər və s. Halbuki kollektorlara borclu haqda məlumatın verilməsi belə bank sirrinin pozulmasıdır.
Yanvarın 1-dən hüquqi şəxsləri məhkəmələrdə yalnız işçiləri və vəkillər təmsil edə bilər. Deməli, borclular haqda məlumat artıq heç bir halda üçüncü şəxslərə, o cümlədən kollektorlara ötürülə bilməz. Bu bank sirrinin pozulmasıdır!”
Ə.Həsənov bildirib ki, yeni ildən bütün kollektorlar fəaliyyətini dayandırmalıdır:
“Onlara indidən xəbərdarlıq edirəm, yeni ildən fəaliyyətlərini dayandırmasalar, onları və bankları bir-bir ifşa edib haqlarında hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Əminəm ki, sonuncular dövlət başçısının imzaladığı son qanunun icrasına ciddi nəzarət edəcəklər.
Kollektorların borclulara zəng etmək, harasa dəvət etmək və s. hüququ artıq yoxdur!”









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv