Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SİYASƏT

Millət vəkili Malayziya və Tailand nümayəndələri ilə görüşdü

<b>Millət vəkili Malayziya və Tailand nümayəndələri ilə görüşdü</b>

Millət vəkili Qənirə Paşayeva Malayziya və Tailandın Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyalarının rəhbərləri ilə görüşüb

Millət vəkili görüşdə Malayziya Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Sariman Məhəmməd Sabudinə Azərbaycanın Malayziya ilə əməkdaşlığın inkişafına önəm verdiyini bildirib.
Müzakirələr zamanı millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib. Q.Paşayeva görüşdə Azərbaycanın mədəniyyəti, turizm və iqtisadi potensialı ilə bağlı da danışıb.
İki ölkənin qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət və KİV nümayəndələri arasında münasibət və qarşılıqlı səfərlərin, əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin vurğulandığı görüşdə qarşılıqlı dəstəyin artacağına inam ifadə edilib.
Millət vəkili Tailand Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbəri Kunyinq Natthika Vattanavekin Anqubolkul ilə görüşdə isə ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması və bu istiqamətdə həyata keçirilən layihələrdən söz açıb.
Q.Paşayeva Tailand nümayəndə heyəti ilə Qarabağ həqiqətləri haqda fikir mübadiləsi aparıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv