Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
İQTİSADİYYAT

2018-ci ilin büdcə layihələrinin Milli Məclisin komitələrində müzakirəsi davam edir

<b>2018-ci ilin büdcə layihələrinin Milli Məclisin komitələrində müzakirəsi davam edir</b>

Azərbaycanın 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin Milli Məclisin komitələrində müzakirəsi davam etdirilir

APA-nın məlumatına görə, layihələr Milli Məclisin daha 5 komitəsinin – Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasının müzakirəsinə çıxarılıb.
Müzakirələrdə komitələrin sədrləri və üzvləri ilə yanaşı, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, maliyyə nazirinin müavini Azər Bayramov, İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova və digər rəsmi şəxslər iştirak edir. Komitələrin birgə iclası Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova sədrliyi ilə keçirilir.
Qeyd edək ki, komitələrdə büdcə müzakirələri bu gün başa çatacaq. Noyabrın 21-də isə büdcə zərfinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.




Xəbər - 22 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv