Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
SİYASƏT

Ərdoğan-Putin görüşü başlayır: Qarabağ müzakirədə

<b>Ərdoğan-Putin görüşü başlayır: Qarabağ müzakirədə</b>

Bu gün Rusiyanın Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək

Görüş Ərdoğanın Rusiyaya işgüzar səfəri çərçivəsində baş tutacaq. Kreml artıq görüşdə Suriya böhranı, terrorizm, iqtisadi və energetika sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağını bildirib.
Bəzi KİV-lər bu görüşdə Qarabağ böhranının da müzakirə ediləcəyini bəyan ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonuncu Bakı səfəri zamanı bu iddianı təsdiqləyib. O, Putinin bu məsələdə qətiyyətli olacağı halda Qarabağ probleminin həllinin sürətlənəcəyini söyləyib.
Qeyd edək ki, Ərdoğan Rusiyaya Putinin dəvəti ilə gedir.




Xəbər - 23 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv