Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
SİYASƏT

Sərkisyan AŞ-də hərbi cinayətkar olduğunu dedi, amma...

<b>Sərkisyan AŞ-də hərbi cinayətkar olduğunu dedi, amma...</b>

İspaniya Ali Məhkəməsi Kataloniya parlamenti rəhbərliyinin 6 üzvünü, o cümlədən spiker Karme Forkadeli ifadələrinin alınması üçün çağırıb

Məhkəmə istintaqı zamanı Kataloniya parlamentinin spikeri Karme Forkadelin həbsinə qərar verilib. Maraqlıdır, bəs Dağlıq Qarabağda seperatizm törədənləri bu şəkildə axtarışa verib, məhkəmə qarşısına çıxarmaq mümkündürmü?
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən politoloq Nəzakət Məmmədova bildirib ki, Azərbaycan bunu 1988-91-ci illərdə, yəni Dağlıq Qarabağda separatizm dalğası başlayanda etməli idi:
“Lakin həmin dövrlərdə bir sıra məlum səbəblərdən bunu edə bilmədi. Sonradan Qarabağda müharibə başladı və həmin separatçılar artıq separatçılıq həddini də aşıb müharibə cinayətkarlarına çevrildilər ki, onların başında Ermənistanın indiki və keçmiş rəhbərliyi, Dağlıq Qarabağın separatçı rejimi də var. Onlar bu gün də həmin əməllərinə davam edirlər. Təəssüf ki, həmin şəxsləri müdafiə edən qüvvələr də çoxdur - bəzi böyük dövlətlər, konkret olaraq, əvvəllər SSRİ, daha sonra Rusiya, bəzi Qərb ölkələri və s”.
Politoloq qeyd edib ki, ikili standart bu məsələdə daha qabarıq formada özünü göstərdi:
“Kataloniya separatçılarının ayrıca bir dövləti yoxdur, İspaniyanın tərkibində bir muxtariyyət statusu olan ərazidir və İspaniya Avropa Birliyi tərəfindən müdafiə olunur, ona separatizmə qarşı mübarizədə hərtərəfli dəstək nümayiş olunur. Ermənistan isə Azərbaycanın torpağını işğal edərək, Qarabağdakı ermənilərə birbaşa hərbi dəstək göstərir. Yəni, ikili standartlar, gördüyümüz kimi, burada da özünü göstərir. İspaniyadakı separatçılar məsuliyyətə cəlb olunur, onlara qarşı beynəlxalq hüququn bu məsələyə dair müddəaları lazımi şəkildə tətbiq olunur. Lakin, təəssüf ki, hərbi cinayət törətmiş və hətta Avropa Şurasının tribunasından bunu etiraf edən Ermənistan rəhbərliyinə münasibətdə bu məsuliyyətin tətbiqinə imkan verilmir”.
Politoloq vurğulayıb ki, haqq-ədalət tez ya gec öz yerini tapır:
“Vaxt gələcək erməni separatçıları da nəinki separatçı, hətta müharibə cinayətkarları kimi Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən məsuliyyətə cəlb olunacaqlar. Onları indi toxunulmaz edən havadarlarının mövqeyi zəifləyən kimi həmin şəxslər də törətdikləri cinayətlərin cavabını verməli olacaqlar. Nürnberq, keçmiş Yuqoslaviya üzrə hərbi tribunalar buna misal ola bilər. Rusiyanın Cənubi Qafqazdakı mövqelərindən geri çəkilməsi baş verəcəyi təqdirdə erməni separatçıları artıq tək separatçı kimi yox, həm də müharibə cinayətkarları kimi beynəlxalq hərbi tribunal qarşısına çıxarıla bilər”.




Xəbər - 18 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv