Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
SOSİAL

Məhluqə Qəhrəmanova: ““Günərzi Qayğı Mərkəzi”nin fəaliyyəti uğurla davam edir”

<b>Məhluqə Qəhrəmanova: ““Günərzi Qayğı Mərkəzi”nin fəaliyyəti uğurla davam edir”</b>

“Əlil Qadınlar Cəmiyyəti layihəni dövlət başçısının sərəncamına əsasən gerçəkləşdirib”

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) nəzdində yaradılan Qazax rayon “Günərzi Qayğı Mərkəzi”nin fəaliyyəti uğurla davam edir”.
Bu barədə Versus.Az-a ƏQC-nin rəhbəri Məhluqə Qəhrəmanova bildirib:
“Əlil Qadınlar Cəmiyyəti bu layihəni dövlət başçısının “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamına əsasən gerçəkləşdirib. Layihənin əsas məqsədi Ermənistanla həmsərhəd bölgədə yerləşən Qazax rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısını almaq, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışını təmin etməkdən ibarətdir”.
ƏQC-nin rəhbəri bildirib ki, GQM-də maddi çətinlik üzündən yarımçıq qalan – istilik sisteminin yaradılması, dam örtüyünun dəyişdirilməsi və sair məsələlər yeni layihəyə əsasən Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığına təqdim olunmaqa həllini tapıb. Mərkəz yeni mebel və avadanlıqlarla təmin edilib.
M.Qəhrəmanova qeyd edib ki, ƏQC “Günərzi mərkəzinin yaradılması və fəaliyyəti” layihəsi 4 ildir uğurlu fəaliyyət göstərir. Onun sözlərinə görə, yer, məkan olaraq ƏQC-ə təqdim olunan binalar arasından Qazax rayonu Ağköynək kənd orta məktəbinin 1947-ci ilin köhnə binası seçilib. Tamamilə yararsız vəziyyətdə olan məktəb binası təmir edilib və Qazax Günərzi Qayğı Mərkəzi olaraq fəaliyyətə başlayıb:
“Mərkəzdə 3-12 yaşlarında çətin həyat şəraitində olan 30 uşağa gün ərzində sosial xidmətlər göstərilir və onların bacarıqlarının inkişafı üçün təlimlər keçirilir. Uşaqlar gündə 2 dəfə yeməklə və yataqla təmin edilirlər. Mərkəzdə uşaqların təlim-tərbiyəsi və fərdi inkişafı ilə 16 nəfər işçi heyət məşğul olur”.
M.Qəhrəmanova bildirib ki, Prezidentin sosial sahədə apardığı uğurlu siyasətdə QHT-nin rolu danılmazdır:
“Hesab edirik ki, Əlil Qadınlar Cəmiyyəti həyata keçirdiyi bu layihədə öz məqsədinə nail ola bilib”.




Xəbər - 40 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv