Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
HADİSƏ

İranda dəhşətli zəlzələ silahla törədilib? - Ekoloq

<b>İranda dəhşətli zəlzələ silahla törədilib? - Ekoloq</b>

Ötən gün İran-İraq sərhədində baş verən 7,2 ballıq zəlzələ bu iki ölkədə dəhşətli dağıntılar törədib

Zəlzələ Azərbaycanda da hiss olunub.
Böyük bir ərazini əhatə edən zəlzələ dalğasının səbəbləri haqda Axar.az-a danışan Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov bildirib ki, zəlzələ təbii proses olsa da, bəzən süni şəkildə yaradılır:
“Bir sıra iri dövlətlərin elə silahları var ki, bu təkanları süni surətdə gücləndirə bilir. Bu və ya digər dövlətləri qorxutmaq, onların apardığı siyasəti məhdudlaşdırmaq, hədə-qorxu gəlmək üçün metereoloji silahlardan istifadə olunur.
Ola bilər ki, qorxu yaratmaq üçün zəlzələ təkanlarını süni surətdə gücləndirsinlər. Təbii təkanlarla süni təkanlar arasında fərq var. Təbii yeraltı təkanları əksər canlılar, evdə yaşayan itlər, pişiklər dərhal hiss edib həmin bölgəni tərk etməyə çalışır. Süni surətdə yaradılan təkanları isə həmin canlılar hiss edə bilmirlər”.
Qeyd edək ki, ötən gün İraqda (Süleymaniyyə) 7,2 bal, İranda, Kirmanşahda isə 7,3 bal gücündə dəhşətli zəlzələ olub. Zəlzələ nəticəsində bu vaxta olan məlumata görə, İranda 211 nəfər həlak olub, 1700-ə yaxın insan yaralanıb. İraqda isə 7 nəfərin öldüyü, ən azı 50 nəfərin yaralandığı bildirilib.




Xəbər - 23 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv