Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
HADİSƏ

Bakıda bu yolda təmir yekunlaşır – Video

<b>Bakıda bu yolda təmir yekunlaşır – Video</b>

Suraxanı rayonunun Zığ-Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən hissəsində aparılan işlər yekunlaşır

Azəravtoyol ASC-dən verilən məlumata görə, yol genişlədirilərilərək 12 m-ə, eni isə 9 m-ə çatdırılıb. Uzun müddət təmir edilməyən yolun asfaltlanmasına start verilib. Ümumilikdə 2 qat olmaqla yolun 30 min m2-ə yaxın sahəsinə yeni asfalt-beton örtük döşənir.
Yolun hər iki istiqamətində yeni piyada səkilərinin tikintisi aparılır. Səkilərin kənarına 6.7 min p/metr yeni səki daşı düzülür.
Qeyd edək ki, ötən il Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin tikintisi yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Ümumilikdə sözügedən avtomobil yolu 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.





Xəbər - 18 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv