Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
DÜNYA

Putinlə Ərdoğanın açıqlanmayan məxfi müzakirəsi - Peskov

<b>Putinlə Ərdoğanın açıqlanmayan məxfi müzakirəsi - Peskov</b>

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən Soçi görüşündə açıqlaması verilməyəcək mürəkkəb məsələlər barədə danışılıb

Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin “Putinlə Ərdoğan Suriyadan Rusiya və ABŞ ordularının çıxarılmasını müzakirə ediblərmi?” sualını cavablandırarkən deyib.
“İkitərəfli danışıqlarda daha mürəkkəb məsələlər müzakirə olunub. Lakin bu barədə açıqlama verilməyəcək”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Türkiyə lideri Ərdoğan görüş öncəsi Rusiya Prezidenti Putinlə Dağlıq Qarabağ problemini müzakirə edəcəyini bildirsə də, görüşdən sonra mətbuat konfransında tərəflər müzakirə edilən məsələlər sırasında bu mövzuda heç bir açıqlama vermədilər.




Xəbər - 20 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv